...

"Möhtəşəm 100 gün"ün finalına sayılı günlər qaldı

Cəmiyyət Materials 23 İyun 2016 12:02 (UTC +04:00)
"Möhtəşəm 100 gün" lotereyası özünün hədiyyə fonduna görə bir ilkə imza atıb.
"Möhtəşəm 100 gün"ün finalına sayılı günlər qaldı

Bakı. Trend:

17 mart - 24 iyun tarixlərini əhatə edən "Araz" və SPAR marketlər şəbəkəsi tərəfindən elan edilən "Möhtəşəm 100 gün" lotereyasının finalına sayılı günlər qaldı.

"Möhtəşəm 100 gün" lotereyası özünün hədiyyə fonduna görə bir ilkə imza atıb.

24 iyun tarixi "Möhtəşəm 100 gün" lotereyasının son günüdür və uduşların oynanılması isə 30 iyun tarixində "Fairmont" hotelində keçiriləcək. Oyunun "Fairmont" otelində keçirilməsi barədə öncədən müştərilərə məlumat verilib və arzu edən hər bir müştəri dəvətlidir.

Eyni zamanda uduşların keçirilmə mərhələsini izləmək üçün müştərilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, "Araz" marketin facebook sosial şəbəkəsi üzərindən canlı yayımı da təşkil ediləcək.

Lotereya oyununun şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə "Araz" marketlərində yerləşdirilən lotereya qutularının ağzı blomlanaraq qeydə alınır. Həmin qutular xüsusi çəkiliş qurupları ilə yığılaraq 30 iyun tarixində "Fairmont" hoteldə komissiya üzvlərinin iştirakı ilə lototrona boşaldılacaq.

Qeyd edək ki, "Möhtəşəm 100 gün" lotereyasının şərtlərinə görə "Araz" və SPAR marketlər şəbəkələrində 17 mart-24 iyun tarixləri aralığında hər 20 manatlıq alış-veriş edən müştəri bir ədəd kupon-lorereya qazanır.

Xatırladaq ki, uduşda "Kristal Abşeron"dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd "Toyota Bakı" Mərkəzində avtomobil (Prado, Camry, Corolla), Bakı Electorincs-dən 100-dən çox müxtəlif hədiyyələr oynanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti