...

Quldurluqda təqsirləndirilən 10 il azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 5 İyul 2016 10:53 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Elşən Vahabzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Quldurluqda təqsirləndirilən 10 il azadlıqdan məhrum edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Elşən Vahabzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı E.Vahabzadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elşən Vahabzadə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Səbail rayonunda baş verib. Səbael RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Bakı şəhər sakini Emil Kərimovun 2030 manatını və mobil telefonunu quldurluq yolu ilə almış Elşən Vahabzadə tutulub.

Ona Cinayət Məcəlləsinin 181 (quldurluq) maddəsi ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti