...

“20 Yanvar dairəsi”nə gedən yol genişləndirilir (FOTO/VİDEO)

Cəmiyyət Materials 2 Sentyabr 2016 17:53 (UTC +04:00)
Məqsəd Sumqayıt və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir.
“20 Yanvar dairəsi”nə gedən yol genişləndirilir (FOTO/VİDEO)

Bakı. Trend:

Moskva prospektindən şəhərə giriş hissədə “20 Yanvar dairəsi”nə doğru yol genişləndirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məqsəd Sumqayıt və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir.

Hazırda Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcuddur. Bu gündən başlanan işlərin nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki zolaqlı ediləcək. Nəticədə, tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılacaq.

Aparılan yenidənqurma işləri çərçivəsində Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb. Sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış “Şamaxinka” deyilən əraziyə daxil olaraq “20 Yanvar dairəsi” istiqamətinə hərəkət edə bilərlər.

Qeyd edək ki, avtonəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində aparılan işlər çərçivəsində sözügedən hissədə əlavə olaraq 2 hərəkət zolağının yaradılması nəzərdə tutulub.

Ərazidə avtonəqliyyat axınının yüksək olması nəzərə alınaraq genişləndirmə işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti