...

İsmayıllıda dolu və leysan (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2016 17:43 (UTC +04:00)
Bu gün saat 15:00 radələrində İsmayıllı rayonuna güclü dolu düşüb.
İsmayıllıda dolu və leysan (FOTO)

Bakı. Trend:

Bu gün saat 15:00 radələrində İsmayıllı rayonuna güclü dolu düşüb.

Trend Region TV-yə istinadən xəbər verir ki, təqribən 10 dəqiqə davam edən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub. Ev quşları tələf olub. Dolu evlərin və ictimai iaşə obyektlərinin dam örtüyünü dağıdıb.

Dolunun ardınca isə küləklə müşayiət olunan leysan xarakterli güclü yağış yağmağa başlayıb. Rayon mərkəzinin bəzi küçələrini və kəndləri sel basıb.

Bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində də problemlər yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti