...

Ombudsman Aparatında seçki hüquqları ilə bağlı treninq keçirilib

Cəmiyyət Materials 8 Sentyabr 2016 14:58 (UTC +04:00)
Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi referendum ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası ilə birgə Ombudsman Aparatının əməkdaşları və müvəkkilin regional mərkəzlərinin nümayəndələri üçün seçki hüquqları mövzusunda treninq təşkil olunub.
Ombudsman Aparatında seçki hüquqları ilə bağlı treninq keçirilib

Bakı. Trend:

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi referendum ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası ilə birgə Ombudsman Aparatının əməkdaşları və müvəkkilin regional mərkəzlərinin nümayəndələri üçün seçki hüquqları mövzusunda treninq təşkil olunub.

Bu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə çıxış edərək, Azərbaycanda seçki hüququnun təmini sahəsində həyata keçirilən islahatlar, mvəkkilin bu sahədə MSK ilə uzun müddət səmərəli əməkdaşlığı, Ombudsmanın və əməkdaşlarının ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq, habelə 2009-cu il referendumunu müstəqil müşahidəçi qismində izlədiyini, bu istiqamətdə kifayət qədər təcrübə qazanıldığını diqqətə çatdırıb. O, respublikada bu sahədə qanunvericiliyin, Seçki Məcəlləsinin təkmilləşdirildiyini vurğulayıb.

Aparatın rəhbəri bildirib ki, müvəkkil ötən müddət ərzində MSK ilə birgə müvafiq dövlət qurumlarının, dairə və məntəqə seçki komissiyalarının, yerli icra hakimiyyəti, bələdiyyələrin, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların və KİV-in, geniş ictimaiyyətin iştirakı ilə əhali arasında seçki hüquqları, seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsi ilə yanaşı, səsvermənin demokratik, sərbəst və şəffaf keçirilməsinə xidmət edən silsilə maarifləndirmə tədbirləri təşkil edib. Belə maarifləndirmə tədbirlərində ölkəmizdə seçki hüququnun təmini sahəsində həyata keçirilən hüquqi islahatlar, ölkə vətəndaşlarının seçkilərlə bağlı hüquq və vəzifələri, Seçki Məcəlləsinin müvafiq müddəaları, seçki sistemi, səsvermə qaydaları, müşahidəçilik institutu və müşahidə aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, seçki komissiyalarının üzvləri üçün maarifləndirmə tədbirləri və digər məsələlər haqqında iştirakçılara geniş məlumat verilmişdir.

Ötən seçkilərdə olduğu kimi, müvəkkilin və 40 nəfər əməkdaşının, o cümlədən Ombudsmanın regional mərkəzlərinin nümayəndələrinin qarşıdakı referendumu da müstəqil müşahidəçi qismində qeydiyyatdan keçdiyi və izləyəcəyi diqqətə çatdırılıb.

MSK Katibliyinin Treninq sektorunun müdiri Ramil Nəsrullayev Referendumun ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini, müvəkkilin seçki hüquqları sahəsində fəaliyyətini, Ombudsman təsisatının seçkilərin demokratik, ədalətli keçirilməsi prosesində iştirakını və monitorinqlərini yüksək dəyərləndirmiş, həmçinin seçki qanunvericiliyi və təcrübəsi ilə bağlı geniş məlumat verib. Habelə səsvermə qaydası, yerli və beynəlxalq müşahidəçilərin hüquqi statusu, səlahiyyətləri, müşahidələrin aparılması prinsipləri və qaydaları, seçki komissiyalarının səlahiyyətləri, MSK tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib.

Aparatın rəhbəri Ombudsmanın təkliflərini diqqətə çatdırıb. Belə ki, paytaxt və regionlarda seçki hüquqları üzrə maarifləndirmə işinin daha da genişləndirilməsinin, təbliğat və təşviqatın aparılmasında əhəmiyyət kəsb edən təlimatların, yaddaş kitabçalarının və digər hüquqi nəşrlərin daha təkmil işlənib hazırlanmasının, yayılmasının, şəhər və rayonlarda bələdiyyələri, icmaları cəlb etməklə əhali ilə bu istiqamətdə müntəzəm iş aparılmasının, dairə və məntəqə seçki komissiyaları üzvlərinin fəaliyyətinin və seçici siyahılarının daha da təkmilləşdirilməsinin zəruriliyi önə çəkilib.

Əhalinin ictimai fəallığının artırılması, referendumun mütəşəkkil keçirilməsi məqsədilə iştirakçılara seçki hüquqları üzrə müvafiq nəşrlər təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti