...

Avqustda 190 nəfər qidadan zəhərləndi

Cəmiyyət Materials 14 Sentyabr 2016 12:15 (UTC +04:00)
Bu ilin avqust ayı ərzində əhali arasında 75 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.
Avqustda 190 nəfər qidadan zəhərləndi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin avqust ayı ərzində əhali arasında 75 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 190 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 2 botulizm hadisəsi nəticəsində 2 nəfər botulizmlə xəstələnib.

Qida zəhərlənmələri, əsasən, ev şəraitində hazırlanan qidalardan, kustar üsulla hazırlanmış konservləşdirilmiş məhsullardan baş verib.

Avqust ayında zəhərlənmələrin sayının digər aylarla müqayisədə çox olmasının əsas səbəbi həmin ayda Göyçay və Beyləqanda keçirilən toylarda baş vermiş kütləvi zəhərlənmələr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti