...

Müxalifət tənqid atəşində yanır, sosial media müxalifətə gülür

Cəmiyyət Materials 18 Sentyabr 2016 18:44 (UTC +04:00)
Çoxsaylı sosial media istifadəçiləri Müsavat Partiyasının sentyabrın 18-də keçirdiyi mitinqi pislədilər
Müxalifət tənqid atəşində yanır, sosial media müxalifətə gülür

Bakı. Trend:

Çoxsaylı sosial media istifadəçiləri Müsavat Partiyasının sentyabrın 18-də keçirdiyi mitinqi pislədilər.

Onlar mitinqdə iştirak edənlərin sayının az olmasını əsas götürərək müxalifətin cəhdlərini tənqid atəşinə tutdular.

“Yeddi nəfərdən ibarət mitinq”

“Dünən AXCP, bu gün isə Müsavat, toplam heç 1500 adam etmir. Hər partiya ayrı-ayrılıqda 10 minlərlə üzvü olduğunu bəyan edir. Hanı sizin heç olmasa 10 mininiz?” - bir istifadəçi Meydan TV-nin səhifəsində belə şərh yazdı.

“ 7 nəfərdən ibarət mitinqdi, onun da 4-ü tribunadadır”

"Mıx"alifət bunlardır?”

“Adam yoxduye”

“Olanları elə budur. Hansı sosial dayaqdan danışırsınız?"

“Bunlar, deyəsən camaatı dolayıb, vallah, musiqi dərsi keçirlər, nədir, baş açmadım”

“Müsavat indiyədək bu qədər zəif və nüfuzsuz olmamışdı”

“Müsavatda müsavatlıq qalıb ki?”

Başqa istifadəçilər isə Müsavat Partiyasının keçmişdə yol verdiyi səhvlərə toxunaraq müxalifətin qabiliyyətsiz olduğunu bəyan etdilər.

“Müsavatda müsavatlıq qalıb ki?”

“Müsavat bu günə kimi nə edib ki, bundan sonra da konkret hədəfləri olsun? Bu günə kimi Müsavatın hədəfi nə olub?”

“Vaxtilə sən İsa hakimiyyətdə olanda nə etdin ki, bundan sonra nə edəsən?”

“İllərdir varlığı bilinməyən müxalifətin gələcəyi olmaz”

“ İsa Qəmbər radikal şiələrə necə də yarınır. Görür ki, müsavatçılardan bir şey çıxmadı, indi keçib radikal şiələrə yarınmağa”

“Fələk onsuz da saydığını sayır”

Eyni zamanda, bir qrup istifadəçi bu tip cəhdlərin mənasız olduğuna inanır.

“Bekardılare, fələk onsuz da saydığını sayır”

“Milli Şura ilə Müsavat Partiyası millətin gələcəyini düşünsəydilər, birləşib mitinqi bir yerdə keçirərdilər. Deməli, bunlar öz aralarında razılığa gələ bilmirlər və hakimiyyətə gələndə yenə qayıdacağıq o 90-ci illərin əvvəlindəki xaos dövrünə. Bizə lazımdır bu?”

“Vətən xainləri”

Digər istifadəçilər isə müxalifət rəhbərliyini vətənə xəyanətdə ittiham ediblər.

“Əli Kərimli kimi, İsa Qəmbər kimi vətən xainləri, xarici ölkələrin sifarişi ilə işləyən təlxək sürüsü heç vaxt bu ölkənin sabitliyini poza bilməz. Düzdür, ölkəmiz indi ağır bir sınaqdan keçir, amma bu, tək bizim ölkədə yox, bütün dünyada belədir”

Prezidentə dəstək

Bir xeyli istifadəçi isə səhifəsində şərh yazaraq Prezident İlham Əliyevi dəstəklədiyini bildirib.

“Gülməlisiniz, vallah,1000 nəfəri yığa bilmirsiniz, birləşə bilmirsiniz, hələ hakimiyyətə gəlmək istəyirsiniz. Ayıbdır, qəbul edin ki, sizdə dövlət idarə etmək üçün o güc yoxdur, oturun yerinizdə, qoyun cənab Prezident işləsin və axırda nəticələri görərsiz...”

“İlham Əliyevdən başqa yalandır”

“İLHAM ƏLİYEVƏ EŞQ OLSUN!”

“Yaşasın möhtərəm prezidentimiz İLHAM ƏLİYEV cənabları! Biz onunla fəxr edirik””

Məqalədə:
Xəbər lenti

Xəbər lenti