...

Turizm Keysləri Forumun xüsusi qonağı səyahətçi fotoqraf Orxan Aslanov olacaq

Cəmiyyət Materials 24 Sentyabr 2016 13:16 (UTC +04:00)
Sentyabrın 27-də Azərbaycanda ilk dəfə olaraq Turizm Keysləri Forumu keçiriləcək.
Turizm Keysləri Forumun xüsusi qonağı səyahətçi fotoqraf Orxan Aslanov olacaq

Bakı. Trend:

Sentyabrın 27-də Azərbaycanda ilk dəfə olaraq Turizm Keysləri Forumu keçiriləcək.
Trend-in məlumatına görə, Forumun xüsusi qonağı səyahətçi fotoqraf Orxan Aslanov öz səyahəti müddətində baş verən maraqlı hadisələrdən, myazerbaijan.az layihəsinin sirlərindən danışacaq.

Ramada Gənclik Otelində baş tutacaq tədbirdə yerli turizm agentlikləri, otellərin nümayəndəlikləri və turizm sahəsinin digər simaları iştirak edəcəklər. Forum turizm sahəsində maraqlı olan və bu istiqamətdə ixtisaslaşmış professionalları bir yerə yığaraq, hazırkı mövcud turizm bazarı, zəif tərəfləri, inkişaf perspektivləri və daxili/gəlmə turizmin gücləndirilməsi barədə müxtəlif mövzulara həsr olunacaq.

Forum 3 paneldən ibarət olacaq. Turizm sahəsi üzrə ixtisaslaşmış spikerlərimiz turizm agentliklərinin hazırkı vəziyyətdə "sağ qalması", otellərə xarici qonaqlarla yanaşı, yerli qonaqların da cəlb olunması və eyni zamanda qeyri-neft sektoruna azalan maraqdan istifadə edərək, turizm sahəsində yeni biznes qurmaq istəyənlər üçün danışacaqlar.

Tədbirin əsas məqsədi son baş vermiş hadisələrdən sonra turizm bazarına artan marağı daimi etmək, zəifliklərin müzakirə olunaraq aradan qaldırılmasına töhfələr vermək və turistlərin aldanmaması üçün ilkin məlumatlandırılması ilə bağlı təlimatların verilməsidir.
Forum 2 paneldən ibarət olmaqla 14:00-dan 19:00-dək davam edəcək. Biletin qiyməti 20 AZN-dir. ATMU məzun və tələbələri üçün isə biletin qiyməti 15 AZN təşkil edir.
Forumla bağlı ətraflı məlumatı rəsmi facebook səhifəmizdən əldə edə bilərsiniz: https://www.facebook.com/turizmkeysleriforumu/

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti