...

Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında irəliləyib

Cəmiyyət Materials 28 Sentyabr 2016 17:24 (UTC +04:00)
Dünya İqtisadi Forumunun hər il tərtib etdiyi Qlobal Rəqabətqabiliyyətlilik Hesabatının 2016-2017-ci illərə görə nəticələri açıqlanıb.
Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında irəliləyib

Bakı. Trend:

Dünya İqtisadi Forumunun hər il tərtib etdiyi Qlobal Rəqabətqabiliyyətlilik Hesabatının 2016-2017-ci illərə görə nəticələri açıqlanıb.

Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan 2015-2016-cı illərə görə Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında tutduğu yerlə müqayisədə 3 pillə irəliləyərək, 2016-2017-ci illərə görə olan hesabatda 138 dövlət arasında 4.55 balla 37-ci yeri tutub.

Azərbaycan Əqli Mülkiyyət Hüquqlarının qorunması göstəricisinə görə 71-ci yeri tutaraq, MDB üzrə ilk üçlüyə daxil olub, cənubi Qafqaz ölkələri arasında lider dövlət olub. Müqayisə üçün deyək ki, bu indeks üzrə Ermənistan 84-cü, Gürcüstan isə 99-cu yeri tutub. Azərbaycan bu göstəriciyə görə Avropa dövlətlərindən Macarıstanı (85-ci yer), Xorvatiyanı (87), Bolqarıstanı (116) və Bosniya-Hersoqovinanı (132) geridə qoyub.

İnnovasiyalara görə Azərbaycan 44-cü yeri tutaraq, Tacikistanı (46), Rusiyanı (56), Ukraynanı (52), Qazaxıstanı (59), Ermənistanı (87), Gürcüstanı (116), Qırğızıstanı (123) və Moldovanı (133) geridə qoyaraq, bu göstərici üzrə MDB-də 1-ci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti