...

“Maarifçi” Tələbə Kredit Fondu əməkdaşlıq etdiyi universitetlərin siyahısını artırıb

Cəmiyyət Materials 29 Sentyabr 2016 11:45 (UTC +04:00)
“Maarifçi” Tələbə Kredit Fondunun əməkdaşlıq etdiyi universitetlərin siyahısı artırılıb.
“Maarifçi” Tələbə Kredit Fondu əməkdaşlıq etdiyi universitetlərin siyahısını artırıb

Bakı. İlhamə İsabalayeva - Trend:

“Maarifçi” Tələbə Kredit Fondunun əməkdaşlıq etdiyi universitetlərin siyahısı artırılıb.

Fonddan Trend-ə verilən məlumata görə, “Maarifçi” Tələbə Kredit Fondu ilə Xəzər Universiteti və Lənkəran Dövlət Universiteti arasında tərəfdaşlıq müqavilələri imzalanıb.

Tərəfdaşlığa əsasən artıq hər iki universitetin aztəminatlı ailələrdən olan tələbələri də fondun təqdim etdiyi təhsil kreditlərindən yararlana biləcək. Xəzər Universiteti Fonda qoşulan ilk özəl universitetdir. Fond artıq 12 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti