...

Azərbaycanda avtoqəzalar yollara 600 min manat ziyan vurub

Cəmiyyət Materials 26 Oktyabr 2016 08:06 (UTC +04:00)
2016-cı ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 494 yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycanda avtoqəzalar yollara 600 min manat ziyan vurub

Bakı. Samir Əli - Trend:

2016-cı ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında, o cümlədən Bakı şəhər yollarında 494 yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, bu barədə ASC-nin 9 ayın yekunlarına dair hesabatında deyilir.

Bildirilir ki, baş vermiş hadisələr nəticəsində 6783,1 p/m əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12 p/m səsboğucu qurğu, 139 metr dəmir-beton sədlər, 30 p/m körpü məhəccəri, 31 p/m istinad divarı və 29 ədəd yol nişanı yararsız hala düşüb. Ümümilikdə yol təsərrüfatına 593 238,0 manat məbləğində maddi ziyan dəyib, bundan 294 871,0 manat (49,7%) ödənilib.

Dəymiş ziyanın ödənilməsi məqsədilə 334 yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə, 51 yol-nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 105 yol nəqliyyat-hadisəsi ilə bağlı hadisəni törətmiş şəxslər məlum olmadığı üçün isə onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti