...

Daxili İşlər Nazirliyi ATU-da narkomaniyaya qarşı tədbir keçirib

Cəmiyyət Materials 4 Noyabr 2016 20:18 (UTC +04:00)
Tibb Universitetində Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə narkomaniyaya qarşı maarifləndirmə tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyi ATU-da narkomaniyaya qarşı tədbir keçirib

Bakı. Samir Əli - Trend:

Tibb Universitetində Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə narkomaniyaya qarşı maarifləndirmə tədbirləri keçirilib.

Trend-in məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi, Suraxanı Rayon Polis şöbəsinin məsul işçilərinin də iştirak etdiyi tədbirdə tələbələrə dövrümüzün ən aktual problemlərindən olan narkomaniya bəlasından danışılıb.

Tədbirdə narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, bu bəladan qorunma yolları, narkomaniyanın insan sağlamlığına vurduğu zərərlər barəsində ətraflı məlumat verilib.

Universitetin prorektoru Sabir Əliyev tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, narkomaniya insan sağlamlığına ciddi ziyan vurur. Onun sözlərinə görə, bu bəlanın yaratdığı problemlərin həlli uzun illər alır. Bəzi hallarda isə proses acı sonluqla nəticələnir.

Tədbirdə çıxış edən Bakı Baş Polis İdarəsinin Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Zaur Fətəliyev qeyd edib ki, narkotik kimi zərərli vərdişlər gündəmi narahat edən problemlərdən başlıcasıdır. Polkovnik narkotik aludəçiləri, habelə bununla bağlı cinayət törədənlərə qarşı Bakı Baş Polis İdarəsinin lazımi tədbirlər gördüyünü qeyd edib.

Suraxanı rayonu 33-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov qeyd edib ki, bu cür tədbirlər Daxili İşlər Nazirliyi rəhbərliyinin birbaşa nəzarəti ilə mütəmadi olaraq həyata keçirilir.

Yaponiya, Danimarka, Almaniya və digər ölkələrin təcrübəsindən danışan T.Abbasov narkomaniya ilə bağlı bir sıra videorolik və şəkilləri təqdim edib.

Narkomaniya ilə bağlı problemlərin ictimailəşdirilməsinin vacibliyinə toxunan T.Abbasov bu kimi hallarla üzləşən tələbələrin Daxili İşlər Nazirliyinin qaynar xəttinə (102) və aidiyyəti polis bölməsinə məlumat verilməsinin zəruriliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti