...

Qubada atanın oğlu tərəfindən öldürülməsinin təfərrüatları

Cəmiyyət Materials 11 Noyabr 2016 10:11 (UTC +04:00)
Quba rayonunda oğulun atasını öldürməsi hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.
Qubada atanın oğlu tərəfindən öldürülməsinin təfərrüatları

Bakı. Samir Əli - Trend:

Quba rayonunda oğulun atasını öldürməsi hadisəsi ilə bağlı təfərrüatlar məlum olub. Quba rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisəyə ata ilə oğul arasında baş verən mübahisə olub.

Oğlu tərəfindən qətlə yetirilən 1968-ci il təvəllüdlü Heydərov Siyavuş Eyyub oğlu Quba rayonu ərazisində sahibkarlıqla məşğul olub. S.Heydərov Quba şəhərində özünəməxsus olan "Ulduz" kafesini işlədirmiş. Qətl hadisəsi bu kafedə baş verib. S.Heydərovun oğlu, 1993-cü il təvəllüdlü Sərxan Heydərov içki düşkünü olub və bu barədə ata ilə oğul arasında dəfələrlə mübahisə yaranıb. Noyabrın 10-da Sərxan atasının kafesinə sərxoş vəziyyətdə gəlib və orada içki qəbul etmək istəyib. Lakin atası ona spirtli içki verməyib və aralarında mübahisə yaranıb. Atasının etiraz etməsinə əsəbiləşən Sərxan kafenin mətbəxinə keçib və oradan götürdüyü mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb. Kafe müştəriləri S.Heydərovu xəstəxanaya çatdırmaq istəsə də, o yolda ölüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Heydərov saxlanılıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti