...

Əhalinin nəzərinə: Qazanxanalar günün sonuna tam gücü ilə işləyəcək

Cəmiyyət Materials 15 Noyabr 2016 12:45 (UTC +04:00)
“Azəristiliktəchizat” ASC-nin balansında olan bütün qazanxanalar bu gün günün sonunadək tam güclə işləməyə başlayacaq.
Əhalinin nəzərinə: Qazanxanalar günün sonuna tam gücü ilə işləyəcək

Bakı. Ənvər Məmmədov - Trend:

“Azəristiliktəchizat” ASC-nin balansında olan bütün qazanxanalar bu gün günün sonunadək tam güclə işləməyə başlayacaq. Bu sözləri Trend-ə qurumun müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, şirkətin balansındakı qazanxanalarda sınaq işləri aparılıb və onlar qış mövsümünə hazırdır. R.Əliyev özəl şirkətlərə məxsus qazanxanaların isitmə sisteminin başlama müddətinin özlərinin təyin etdiklərini deyib:

“Azərbaycanda qazanxanalara sahib olan bir sıra özəl qurumlar var. Onlar “Azəriqaz” İB ilə bağlanan müqavilə əsasında istilik sistemini işə salırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti