...

Rusiya səfirliyi Lapşinin hüquqlarının müdafiəsindən danışdı

Cəmiyyət Materials 22 Fevral 2017 18:23 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıda təcridxanada saxlanılan bloqer Aleksandr Lapşinin hüquqlarının tam şəkildə müdafiə edildiyindən əmin olub.
Rusiya səfirliyi Lapşinin hüquqlarının müdafiəsindən danışdı

Bakı. Trend:

Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıda təcridxanada saxlanılan bloqer Aleksandr Lapşinin hüquqlarının tam şəkildə müdafiə edildiyindən əmin olub.

Trend bildirir ki, bunu Rusiya səfirliyinin mətbuat katibi Denis Apaşkin deyib.

Məlumata görə, A.Lapşinin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur.

Səfirlik nümayəndəsi bildirib ki, konsulluq rəsmiləri Azərbaycan hökumətindən müvafiq icazə alındıqdan sonra A.Lapşini ziyarət edəcək.

Xəbər lenti

Xəbər lenti