...

Mikayıl Cabbarov: Ermənistan tərəfi məqsədyönlü şəkildə cəbhə bölgəsində yaşayan şagirdləri hədəfə alır (YENİLƏNİB)

Cəmiyyət Materials 15 Mart 2017 10:10 (UTC +04:00)
Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycanın cəbhə bölgəsində yaşayan şagirdləri hədəfə alır.
Mikayıl Cabbarov: Ermənistan tərəfi məqsədyönlü şəkildə cəbhə bölgəsində yaşayan şagirdləri hədəfə alır (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycanın cəbhə bölgəsində yaşayan şagirdləri hədəfə alır.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclasında deyib.

M.Cabbarov bildirib ki, 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs əldə olunsa da, Ermənistan tərəfi daim atəşkəs rejimini pozur və bu zaman şagirdlərin hədəfə alınması geniş vüsət alıb:

“Şagird Fariz Bədəlovun ermənilər tərəfindən snayper ilə qətlə yetirilməsi yadımızdadır. Ötən ilin aprel ayında erməni təxribatları nəticəsində də şagirdlər hədəfə alındı”.

M.Cabbarov vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi ölkəmizdə təhsil sahəsinə də ciddi ziyan vurub:

“İşğal olunmuş ərazilərimizdə 700-ə qədər təhsil müəssisəsi dağıdılıb”.

M.Cabbarov əlavə edib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri diqqət mərkəzində saxlanılır.

Nazir qeyd edib ki, ali məktəblərdə təhsil alan qaçqın və məcburi köçkün uşaqların təhsil haqqı dövlət büdcəsindən ödənilir. M.Cabbarov həmçinin vurğulayıb ki, bu yaxınlarda işğaldan azad edildikdən sonra bərpasına başlanmış Cocuq Mərcanlı kəndində yeni məktəb binasının tikintisinə başlanılıb və sentyabr ayında istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti