...

Nazirlik: Artıq yer çatışmazlığı problemi ortaya çıxır

Cəmiyyət Materials 5 Aprel 2017 13:00 (UTC +04:00)
Artıq Azərbaycanda turistlərin sayının artması ilə əlaqədar olaraq, son zamanlar onların yerləşdirilməsi üçün yer çatışmazlığı problemi ortaya çıxır.
Nazirlik: Artıq yer çatışmazlığı problemi ortaya çıxır

Bakı. İlhamə İsabalayeva - Trend:

Artıq Azərbaycanda turistlərin sayının artması ilə əlaqədar olaraq, son zamanlar onların yerləşdirilməsi üçün yer çatışmazlığı problemi ortaya çıxır.

Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, hazırda nəinki 2-3, hətta 4 ulduzlu hotellərin də tikilməsinə ehtiyac var.

A.İsmiyev əlavə edib ki, Bakıda artıq turistlər üçün 25 hostel, 92 apartament fəaliyyət göstərir.

Bütün dünyada apartament və hostellərin fəaliyyət göstərdiyini deyən A.İsmiyev Azərbaycana da belə yerləşdirmə obyektlərinin çox lazım olduğunu söyləyib.

A.İsmiyev qeyd edib ki, bütün apartament və hostellər özəldir və onlar ayrı-ayrı şəxslərə məxsusdur:

"Apartament və hostellər ayrı-ayrı şəxslərin evləridir və onlar turistlərə icarəyə verilir. Dövlət olaraq, nə hostel, nə də apartament açmamışıq".

A.İsmiyevin sözlərinə görə, hazırda hotellərin fəaliyyəti üçün dövlət standartları olsa da, hostel və apartamentlər üçün belə standartlar yoxdur.

Onun sözlərinə görə, amma belə obyektlərin sayı çoxalarsa, gələcəkdə onlar üçün də standartlar hazırlana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti