...

Nazirlik: Aprelin sonunadək hotellərdəki yerlərin 80-85 faizi artıq bronlaşdırılıb

Cəmiyyət Materials 5 Aprel 2017 13:14 (UTC +04:00)
Son vaxtlar Azərbaycana ərəb ölkələrindən, İran, Türkiyə və Rusiyadan gələn turistlərin sayı artıb.
Nazirlik: Aprelin sonunadək hotellərdəki yerlərin 80-85 faizi artıq bronlaşdırılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Son vaxtlar Azərbaycana ərəb ölkələrindən, İran, Türkiyə və Rusiyadan gələn turistlərin sayı artıb.

Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin açılışı münasibətilə Trend İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11,7 faiz artıb və bu rəqəm 2 242 780 nəfər təşkil edib:

"Əsasən, ərəb ölkələri, İran və Rusiyadan gələn turistlərin sayı çoxalıb. Ərəb ölkələrindən gələn turistlərin sayı bəzi ölkələrlə müqayisədə 10-15, hətta 20 dəfə çoxdur. Viza rejiminin sadələşdirilməsi bu sayın artmasına təkan verən əsas səbəbdir. Eyni zamanda, Azərbaycanın müsəlman ölkəsi olması, burada məscidlərin fəaliyyət göstərməsi də rol oynayır".

A.İsmiyev qeyd edib ki, hazırda İrandan quru yolla ölkəyə daha çox turistin gələ bilməsi üçün işlər aparılır.

Şöbə müdiri bildirib ki, əldə olunan məlumatlara əsasən, bu il aprel ayının sonuna kimi hotellərdəki yerlərin 80-85 faizi artıq bronlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti