...

Professor Nərgiz Paşayevaya “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim edilib

Cəmiyyət Materials 30 Aprel 2017 13:01 (UTC +04:00)
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” sahiblərinə təqdim olunub.
Professor Nərgiz Paşayevaya “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim edilib

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” sahiblərinə təqdim olunub.

Rəyasət Heyətinin qərarına əsasən, müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb.

Mükafata görə minnətdarlığını bildirən professor Nərgiz Paşayeva Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətindən, qazanılan uğurlardan danışıb.

Həmçinin Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsi sahəsində xüsusi xidmətlərinə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford və Nyu York universitetlərinin professoru Robert Hoylanda da “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” verilib.

Professor Robert Hoyland Azərbaycana səfərindən və bu medala layiq görülməsindən məmnunluğunu bildirib, yüksək mükafata görə təşəkkürünü ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti