...

İslamiadanın bağlanış günü tamaşaçılar elektrik qatarları ilə ödənişsiz daşınacaq

Cəmiyyət Materials 18 May 2017 16:51 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü tamaşaçıların elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.
İslamiadanın bağlanış günü tamaşaçılar elektrik qatarları ilə ödənişsiz daşınacaq

Bakı. Trend:

22 may tarixində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün, Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.

Mərasim başa çatandan sonra - axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin “Koroğlu” dayanacağından Bakı sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti