...

Allahşükür Paşazadə: "Məzhəb ayrı-seçkiliyi yaradanlar barədə dərhal məlumat verin"

Cəmiyyət Materials 24 May 2017 12:38 (UTC +04:00)
Allahşükür Paşazadə dindarlara məzhəb ayrı-seçkiliyi yaratmağa çalışan insanlar barədə dərhal müvafiq qurumlara məlumat verməyi tövsiyə edib.
Allahşükür Paşazadə: "Məzhəb ayrı-seçkiliyi yaradanlar barədə dərhal məlumat verin"

Bakı. Elçin Mehdiyev – Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə dindarlara məzhəb ayrı-seçkiliyi yaratmağa çalışan insanlar barədə dərhal müvafiq qurumlara məlumat verməyi tövsiyə edib.

Trend-in məlumatına görə, A.Paşazadə Azərbaycanda dini sabitliyin mövcud olduğunu qeyd edib:

“Biz məzhəb ayrı-seçkiliyinə yol verə bilmərik, buna şərait yarada bilmərik. Dövlətimizin də siyasəti odur ki, ölkəmizdə məzhəb ayrı-seçkiliyi olmasın. Əgər görsəniz ki, kimsə sünni-şiə ayrı-seçkiliyi yaratmağa çalışır, dərhal bizə məlumat verin ki, lazımi tədbirlər görülsün və bu cür cəhdlərin qarşısı alınsın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti