...

Çaylarda SON DURUM açıqlandı

Cəmiyyət Materials 3 İyun 2017 10:08 (UTC +04:00)
Respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb.
Çaylarda SON DURUM açıqlandı

Trend-i buradan izləyin

Bakı. Trend:

Respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyunun 02-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 335 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 373 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 142 m3/s təşkil edərək ongünlük normanın 72 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyunun 02-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 26 sm artım, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392 sm (2016-cı il iyunun 02-də 336 sm), Şirvanda 221 sm, Salyanda 160 sm (2016-cı il iyunun 02-də 106 sm), Bankədə 181 sm (2016-cı il iyunun 02-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 64 sm (2016-cı il iyunun 02-də 48 sm) təşkil edir.

Xəbər lenti

Xəbər lenti