...

Amerikalı seysmoloqlar Azərbaycana gəlib

Cəmiyyət Materials 12 İyun 2017 14:26 (UTC +04:00)
ABŞ-ın E.Lourens adına Livermor Milli Laboratoriyasının əməkdaşları - professor Rengin Gök və professor Andrea Çiang, eləcə də Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Azərbaycana gəliblər.
Amerikalı seysmoloqlar Azərbaycana gəlib

Bakı. Trend:

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən başlayan Azərbaycan ərazisində seysmotomoqrafiya işləri ilə bağlı amerikalı seysmoloqlar - ABŞ-ın E.Lourens adına Livermor Milli Laboratoriyasının əməkdaşları - professor Rengin Gök və professor Andrea Çiang, eləcə də Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Azərbaycana gəliblər.

Bu barədə Trend-ə AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən məlumat verilib.

Qonaqlar AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli ilə görüşüb, Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına dair müzakirələr aparıblar.

Səfər çərçivəsində amerikalı seysmoloqlar yerli mütəxəssislərə Azərbaycan ərazisinin seysmik küy tomoqrafiyası ilə öyrənilməsi metodları və Mw maqnitudasının hesablanmasının yeni üsullarına dair təlim keçəcəklər.

Kanadanın Geologiya Xidmətinin professor Tuna Onur isə seysmik riskin öyrənilməsi ilə bağlı proqramları və onun iş prinspini təqdim edəcək. Həmçinin, bu sahədə yeni yanaşma metodu da müzakirə olunacaq.

Xatırladaq ki, Azərbaycan ərazisində seysmotomoqrafiya işləri ilk dəfə RSXM tərəfindən aparılacaq və bununla bağlı respublika ərazisində daimi seysmik stansiyalarla yanaşı, müvəqqəti seysmik stansiyalar vasitəsi ilə müşahidələr aparılmasına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti