...

Dövlət Komitəsi: Məhərrəmlik başlayandan qanun pozuntusu olmayıb

Cəmiyyət Materials 28 Sentyabr 2017 11:19 (UTC +04:00)
Məhərrəm ayı başladıqdan sonra müəyyən dini mərasimlərlə əlaqədar hər hansı qanun pozuntusuna rast gəlinməyib.
Dövlət Komitəsi: Məhərrəmlik başlayandan qanun pozuntusu olmayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Məhərrəm ayı başladıqdan sonra müəyyən dini mərasimlərlə əlaqədar hər hansı qanun pozuntusuna rast gəlinməyib.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Məhərrəm ayı ərzində hər hansı insidentin baş verməyəcəyinə əmindir:

"Məhərrəm ayının mərasimlərinin Azərbaycan qanunvericiliyinə uyğun olaraq nəzərdə tutulan qaydalarla və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçirilməsi üçün biz və QMİ-nin yerli qurumları, o cümlədən, Komitənin yerli strukturları və müvafiq qurumlar işlər həyata keçirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti