Bakı. İhamə İsabalayeva – Trend:
1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin 25 faizi ana südü ilə qidalandığı halda, hazırda bu göstərici 50 faizə çatıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib.
O qeyd edib ki, bölgələrdə bu göstərici daha yüksəkdir.
N.Quliyev bildirib ki, oktyabrın 1-ci həftəsi ərzində ana südü ilə qidalanma həftəsi keçiriləcək. Məqsəd ana südünü təbliğ etməkdir:
"Ötən əsrin sonlarında ana südü ilə qidalanma fəlakətli həddə çatdığından bununla bağlı maarifləndirmə işlərinə başlanıb. Bu gün istifafə olunan süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir".