...

Nöqsanlara yol vermiş vəzifəlı şəxşlərə ciddi xəbərdarlıq olunub

Cəmiyyət Materials 7 Noyabr 2017 09:36 (UTC +04:00)
Səbail rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi işbazlar tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları da aşkarlanıb.
Nöqsanlara yol vermiş vəzifəlı şəxşlərə ciddi xəbərdarlıq olunub

Bakı. Trend:

Səbail rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi işbazlar tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları da aşkarlanıb.

Səbail rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bu barədə İcra Hakimiyyətində rayonun təsərrüfat xidmətləri, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və MKİS-lərin, qəsəbə və ərazi nümayəndəlikləri, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə bildirilib.

Məlumatda qeyd olunur ki, Bakı Şəhər Prokurorluğunun apardığı araşdırmalarda bu işbazların bəzi dövlət qurumları nümayəndələri ilə əlbir olaraq saxta sənədlər əsasında torpaq satışına cəhd etməsi müəyyən olunub və hazırda araşdırmalar davam edir. Bununla bağlı RİH başçısı tərəfindən rayonun aidiyyəti qurumlarına bu istiqamətdə işlərin və əraziyə nəzarətin gücləndirilməsi ciddi surətdə tapşırılıb, işində nöqsanlara yol vermiş vəzifəlı şəxşlərə ciddi xəbərdarlıq olunub.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısı İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illər ərzində rayonda xeyli işlərin görüldüyünü və bir sıra layihələrin həyata keçirildiyini deyib. Bildirib ki, əsaslı təmir olunan və yenidən qurulan 162 və 239 nömrəli orta məktəblərin binaları Bilik Günü ərəfəsində istifadəyə verilib, ötən həftə 20-ci yaşayış sahəsində paytaxtımız üçün yeni olan müasir idman-istirahət parkının açılışı olub. Hazırda Bayılda 157 nömrəli uşaq bağçası sökülərək yenidən tikilir, bu ay Abbasqulu Abbaszadə küçəsində böyük bir məhəllənin əsaslı təmirinə başlanılacaq. Gələn il daha bir təhsil müəssisəsi əsaslı təmir olunacaq.

Bütün bu işlərin sakinlər tərəfindən böyük razılıqla qarşılandığını vurğulayan E.Əzizov qeyd edib ki, rayonda baş verən mənfi halların, o cümlədən qanunsuz torpaq zəbtinin və burada tikinti işlərinin aparılmasının qarşısı, demək olar, tam şəkildə alınıb.

Müşavirədə həmçinin, ərazinin sanitar təmizliyi, payız-qış mövsümünə hazırlıq və c. məsələlər müzakirə edilib.

RİH-nə bu qanunsuz əməllərin icraçıları və onların havadarlarının adları məlumdur və yaxın günlərdə məlumat ictimaiyyətə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti