...

Bakıda şimal küləyi, rayonlarda yağış, qar

Cəmiyyət Materials 9 Noyabr 2017 12:19 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Bakıda şimal küləyi, rayonlarda yağış, qar

Bakı. Trend:

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 8-11° isti, gündüz 13-16° isti, Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95% olacaq.

Noyabrın 10-da Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti