...

ABŞ səfiri Salyanda Amerika guşəsində olub (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2017 17:31 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Salyan rayonunun Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsinə səfər edib.
ABŞ səfiri Salyanda Amerika guşəsində olub (FOTO)

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Salyan rayonunun Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsinə səfər edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir orada ingilis dili və təhsil proqramlarında iştirak edən və ABŞ-da təhsil ilə maraqlanan şagirdlərlə görüşüb.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən ən böyük Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmazda yerləşən regional Amerika güşələri də daxildir. Bu Mərkəz və Güşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyalar layihələrində iştirak etmək imkanlarını yaradır. Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma üzvü üçün pulsuz internet və bir sıra başqa fəaliyyətləri də təqdim edir.

Səfir və onun həyat yoldaşı Salyan rayonunun İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüb və onunla rayonun iqtisadi və kənd təsərrüfatının inkişafı məsələlərini müzakirə ediblər. Qonaqlar, həmçinin, tarixi Cümə məscidinə səfər ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti