...

"Peugeot" və "Citroen" avtomobilləri geri çağırılıb

Cəmiyyət Materials 24 Noyabr 2017 22:32 (UTC +04:00)
"Pejo Sitroen Rus" şirkəti Rusiyada 6 mindən çox "Peugeot" və "Citroen" avtomobilini geri çağırıb
"Peugeot" və "Citroen" avtomobilləri geri çağırılıb

Bakı. Trend:

"Pejo Sitroen Rus" şirkəti Rusiyada 6 mindən çox "Peugeot" və "Citroen" avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərdə baqaj qapısının amortizasiyasında və şüşətəmizləyicinin elektromühərrikinin ventilyasiyasında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin martından 2016-cı ilin aprelinədək Rusiyada satılmış "Citroen C4 Aircross" və "Peugeot 4008" modellərinə şamil olunur.

Qeyd olunur ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti