...

Bir qrup fransız gənc Azərbaycana tanışlıq səfərinə gəlib (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2017 16:19 (UTC +04:00)
Dekabr 6-dan başlayaraq bir qrup fransız gənci Azərbaycana tanışlıq səfərinə gəlib.
Bir qrup fransız gənc Azərbaycana tanışlıq səfərinə gəlib (FOTO)

Bakı. Trend:

Dekabr 6-dan başlayaraq bir qrup fransız gənci Azərbaycana tanışlıq səfərinə gəlib.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan səfərdə nümayəndə heyətinin tərkibinə Fransanın aparıcı qəzet, sayt və tv orqanının muxbirləri, dünya çempionları, huquq sahəsinin mütəxəssisləri və digər peşə sahibləri daxildirlər.

Səfərin ilk günü qonaqlar Xalça muzeyində olub, qədim xalçalarımızın sirləri, bu sənətin incəlikləri barədə məlumat toplayıblar. Eyni zamanda, qonaqlar Azərbaycan Diplomatiya Akademiyasına da səfər ediblər. Akademiyanın prorektoru Fariz Ismayılzadə qonaqlara təhsil mərkəzi haqqında geniş məlumat verib və onları burada təhsil alan əcnəbi tələbələrlə tanış edib.

Daha sonra qonaqlar Su idmanı sarayında olublar. İdman mərkəzinin direktoru Elçin Həsənov qonaqları idman qurğusu ilə yaxından tanış edib.

Bir neçə gün davam edəcək səfər çərçivəsində qonaqlar Prezident yanında Gənclər Fondu, Milli Məclisin Gənclər və idman komitəsi, Strateji Araşdırmalar Mərkəzində görüşlər keçirəcək, Heydər Əliyev Mərkəzi, Milli Tarix muzeyi və digər tarixi məkanlara səfər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti