...

“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib

Cəmiyyət Materials 11 Dekabr 2017 18:30 (UTC +04:00)
Bilik Fondu “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir təşkil edib.
“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, zabitlərin, əsgərlərin, Yasamal rayonu 53 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Akademiyanın dosenti, tarix elmləri doktoru Mehman Süleymanovun həmin mövzuda mühazirəsi dinlənilib.

Muzeyin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, polkovnik Rəşad Tahirov görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycanın Milli Ordu quruculuğu istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıb.

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğuna Naxçıvanda Ali Məclisin sədri olduğu zamandan başladığını xatırladan natiq bütün çətinliklərə baxmayaraq, müsair tələblərə cavab verən güclü Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına nail olunduğunu vurğulayıb. R.Tahirov qeyd edib ki, 1994-cü il, mayın 12-də atəşkəsin imzalanması ordudakı islahatların daha da sürətlənməsinə təkan verdi. Bununla ordu sıralarına peşəkar hərbiçilər cəlb edildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi, ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi. Nəticədə yenilməz gücə malik Azərbaycan Ordusu tamamilə yaradılmış oldu.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla Fondun fəaliyyətində ümummilli lider Heydər Əliyev ideyalarının təbliğinin daim əsas istiqamət olduğunu, bu sahədə ardıcıl tədbirlər həyata keçirildiyini bildirib. Bilik Fondu ilə Akademiya arasında imzalanmış Əməkdaşlıq sazişinə əsasən həyata keçirilən birgə maarifləndirici tədbirlərin maraqla qarşılandığını və əhəmiyyətini vurğulayıb. Tədbirdə Müdafiə Nazirliyinin sifarişi ilə Ulu öndərin haqqında çəkilmiş film nümayiş etdirilib.

Tədbir iştirakçıları muzeydə yaradılmış “Heydər Əliyev və Azərbaycan Milli Ordusu” foto-sənədlər guşəsi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti