...

"ASAN Viza" artıq ispan dilində

Cəmiyyət Materials 25 Dekabr 2017 13:07 (UTC +04:00)
“ASAN Viza” portalının ispan dili versiyası artıq istifadəyə verilib.
"ASAN Viza" artıq ispan dilində

Bakı. Trend:

“ASAN Viza” portalının ispan dili versiyası artıq istifadəyə verilib. Beləliklə, hazırda portal 7 dildə (Azərbaycan, İngilis, Fransız, İspan, Ərəb, Fars və Rus) fəaliyyət göstərir.

Bu barədə Trend-ə ASAN-dan məlumat verilib.

Xatırladaq ki, “ASAN Viza” sistemi Azərbaycan Respublikasının 2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər standard elektron vizanı 3 iş günü, sürətləndirilimiş qaydada isə 3 saat ərzində 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) əldə edə bilər.

Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir. Fəaliyyətə başladığı gündən etibarən sistem vasitəsilə 265 000-dən çox əcnəbiyə elektron viza verilib.

Həmçinin “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti