...

İtkin düşən alpinistin qohumu: Heç bir xəbər yoxdur, gözləyirik

Cəmiyyət Materials 27 Dekabr 2017 17:06 (UTC +04:00)
Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvünün axtarışları davam edir.
İtkin düşən alpinistin qohumu: Heç bir xəbər yoxdur, gözləyirik

Bakı. Samir Əli - Trend:

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvünün axtarışları davam edir.

İtkin düşmüş alpinistlərdən biri-Babur Hüseynovun qohumu, teleaparıcı Cəlalə Nəzəroğlu Trend-ə bildirib ki, itkin düşən şəxslərdən hələ ki xəbər yoxdur: "Babur Hüseynov mənim çox yaxın qohumumdur: Hələ heç bir xəbər yoxdur. Biz də gözləyirik, ümidimizi üzməmişik. Axtarışlara helikopterlər cəlb olunub, yaxınlıqda olanlar axtarış aparılan ərazilərdən şəkillər çəkib atırlar, amma dəqiq heç nə deyən yoxdur".

Xatırladaq ki, dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü - alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətinə yürüşə çıxıb və geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Alpinistlərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti