...

Bizimlə olun və uğur mütləq Sizinlə olacaq! – TREND-in Yeni il təbriki

Cəmiyyət Materials 30 Dekabr 2017 18:00 (UTC +04:00)
TREND İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il münasibətilə Sizi təbrik edir!
Bizimlə olun və uğur mütləq Sizinlə olacaq! – TREND-in Yeni il təbriki

Bakı. Trend:

TREND İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il münasibətilə Sizi təbrik edir!

Bütün qəlbimizlə Sizə əla əhvali-ruhiyyə, xoş xəbərlər və düzgün qərarlar arzulayırıq! Qoy, qarşıdan gələn il Sizə uğur bəxş etsin, evinizə sevinc və xoşbəxtlik gətirsin! Ən əsası, həyatda nikbinlik və yaxşı əhvali-ruhiyyə Sizi tərk etməsin! Sizə, Sizin doğmalarınıza və yaxınlarınıza sağlamlıq və əmin-amanlıq arzulayırıq!

Uzun illər ərzində Azərbaycan jurnalistikasının səviyyəsi, peşəkarlığı və perspektivi, beynəlxalq informasiya aləminə təsiri əhəmiyyətli dərəcədə artıb. Bu, KİV-in yaradıcı fəaliyyəti üçün lazımi şərait yaradan Azərbaycanın dinamik inkişafı sayəsində mümkün olub.

TREND İnformasiya Agentliyi tərəfdaşlarına, abunəçilərinə, reklam verənlərə, saytımızı mütəmadi izləyənlərə dərin təşəkkürünü bildirir!

Biz Sizə 2018-ci ildə xeyli sayda xoş xəbərləri ilk olaraq çatdırmağa şad olacağıq!

Sizə, doğmalarınıza və yaxınlarınıza cansağlığı və firavanlıq arzulayırıq! Bizimlə olun və uğur mütləq Sizinlə olacaq!

YENİ İLİNİZ MÜBARƏK!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti