...

Goranboyda davada ölən və yaralananların adları məlum oldu - Cinayət işi açıldı

Cəmiyyət Materials 5 Yanvar 2018 09:55 (UTC +04:00)
Goranboy rayonunda baş verən kütləvi davada ölən və yaralananların adları məlum olub.
Goranboyda davada ölən və yaralananların adları məlum oldu - Cinayət işi açıldı

Bakı. Samir Əli - Trend:

Goranboy rayonunda baş verən kütləvi davada ölən və yaralananların adları məlum olub.

Trend-in məlumatına görə, rayonun Dəliməmmədli şəhəri ərazisində baş verən dava zamanı 1 nəfər qətlə yetirilib, 4 nəfər isə ağır bıçaq xəsarətləri alıb. Hadisə nəticəsində qəsəbə sakini 1995-ci il təvəllüdlü Zülfüqar Cabbarov qətlə yetirilib. Digər qəsəbə sakinləri - 1995-ci il təvəllüdlü Zeynəlabdin Həsənov, 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov, 1995-ci il təvəllüdlü Anar Hətami və 1993-cü il təvəllüdlü Nicat Əliyev ağır bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxsləri qəsəbə sakini, 1995-ci il təvəllüdlü İsmayılov Rəvan Şəfran oğlu hələlik adları istintaqa məlum olmayan şəxs və ya şəxslərlə əlbir olaraq bıçaqlayıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti