...

Müəllif Hüquqları Agentliyində ötən il aparılan kadr dəyişiklikləri açıqlanıb

Cəmiyyət Materials 15 Yanvar 2018 14:39 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ildə Müəllif Hüquqları Agentliyində kadrlarla iş müvafiq qanunvericiliyə uyğun aparılıb, 11 nəfər vəzifədə yüksəlmə yolu ilə qanunvericiliklə müəyyən edilmiş qaydada irəli çəkilib. Trend-in məlumatına görə, bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci il üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, kadrlarla bağlı yenilənmiş məlumatların mütəmadi olaraq Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə daxil edilib.

Hesabat dövründə Agentliyin Aparatına 4 nəfər, Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə 4 nəfər işə qəbul edilib, Agentliyin Aparatından 6 nəfər, Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzindən isə 3 nəfər öz xahişi ilə işdən azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti