...

Nazirlik dəftərxanadakı partlayışda yaralananın SON DURUMUNU açıqladı (ÖZƏL)

Cəmiyyət Materials 29 Yanvar 2018 10:01 (UTC +04:00)
Yanvarın 27-də Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəzada yaralanan xəstənin vəziyyəti çox ağırdır.
Nazirlik dəftərxanadakı partlayışda yaralananın SON DURUMUNU açıqladı (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

Yanvarın 27-də Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəzada yaralanan xəstənin vəziyyəti çox ağırdır.

Bu barədə özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, Respublika Yanıq Mərkəzinə yerləşdirilən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlunun bədəninin 90 fazi yanıb. L.Bayramova xəstənin vəziyyətinin ağır olaraq qaldığını qeyd edib.

Qeyd edək ki, yanvarın 27-də Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində qəza olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti