...

Azərbaycanda uzunömürlülər üzrə laboratoriya yaradıla bilər

Cəmiyyət Materials 16 Fevral 2018 10:30 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) uzunömürlülər üzrə birgə laboratoriyası yaradıla bilər.

Trend-in məlumatına görə, bunu AMEA-nın Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxış edən Akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, Azərbaycanda uzunömürlü insanların sayı artıb: "Tibb elmi Akademiyada əsaslı şəkildə inkişaf edib, Azərbaycanda çox güclü tibb elmi məktəbləri yaradılıb".

Akademiya prezidenti əlavə edib ki, elmi tədqiqatların gələcək inkişafı bilavasitə unikal elmi cihazlardan istifadə ilə bağlıdır. Bunun tibb sahəsi üçün xüsusilə aktual olduğunu deyən akademik AMEA ilə Səhiyyə Nazirliyi arasında cihaz və avadanlıqların istifadəsi sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsini vacib sayıb.

O qeyd edib ki, tibb sahəsində kompüter texnologiyası geniş istifadə edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti