...

“ASAN İnkişaf Modeli – AİM” proqramına start verilib (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2018 18:10 (UTC +04:00)
“ASAN Könüllüləri” Təşkilatı və “AccessBank”ın təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə “ASAN İnkişaf Modeli – AİM” proqramına start verilib.
“ASAN İnkişaf Modeli – AİM” proqramına start verilib (FOTO)

Bakı. Trend:

“ASAN Könüllüləri” Təşkilatı və “AccessBank”ın təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə “ASAN İnkişaf Modeli – AİM” proqramına start verilib.

“ASAN Könüllüləri” Təşkilatından Trend-ə verilən məlumata görə, ilkin olaraq Sabirabad və Şirvan şəhərində baş tutan proqramda 1000-dən çox məktəbli iştirak edib.

Proqram çərçivəsində prioritet ixtisaslar, özünü inkişaf, psixoloji mövzularda müxtəlif təlim və praktiki məşğələlər keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “AİM” sosial proqramının əsas məqsədi regionlarda təhsil alan şagirdlərin tənqidi və tətbiqi düşünmək bacarıqlarını, o cümlədən yaradıcı, məntiqi təfəkkürü inkişaf etdirməkdir. Həmçinin, AİM layihəsi müasir və innovativ texnoloji yeniliklər, sosial şəbəkələrdən faydalı istifadə, bu istiqamətdə şagirdlərin inkişafı, dünya trendlərinə düzgün qoşulma mövzularını əhatə edəcək.

Sabirabad və Şirvan şəhərlərindən start götürmüş bu proqram ölkəmizin müxtəlif bölgələrində 9-11-ci sinif şagirdlərini əhatə etməklə bir neçə hissəli təlim-seminarlar şəklində təşkil olunacaq. Görüşlərdə iştirakçılara müasir təhsilin predmetləri, vacib mütəxəssis keyfiyyətləri, həyat seçimləri ilə bağlı psixoloji hazırlıq mövzuları barədə məlumat veriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti