...

Müəllif Hüquqları Agentliyi 22 il ərzində 11 554 əsəri qeydiyyatdan keçirib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2018 11:04 (UTC +04:00)
1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Müəllif Hüquqları Agentliyində bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib.
Müəllif Hüquqları Agentliyi 22 il ərzində 11 554 əsəri qeydiyyatdan keçirib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanca müəlliflərin və digər hüquq sahiblərinin hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyətə malik olan əsərlərin rəsmi qeydiyyatının həyata keçirilməsi tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Müəllif Hüquqları Agentliyində bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib.

Trend-in məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 lliyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü“” münasibəti ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfransda deyib.

K.İmanov bildirib ki, həmçinin qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi (Digital Right Management) yaradılaraq, tam şəkildə istifadəyə verilib.

Onun sözlərinə görə, hazırda bu sistem çərçivəsində elektron bazanın formalaşdırılması üzrə işlər davam etdirilir, artıq Azərbaycan mədəni irsinə aid 2100-ə yaxın mətn, foto, audio, video material rəqəmsallaşdırılaraq, elektron bazaya yüklənmiş və xüsusi qorunma su nişanları ilə təchiz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti