...

Binəqədidə Çernobıl faciəsinin 32-ci ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2018 13:39 (UTC +04:00)
Aprelin 26-da YAP Binəqədi rayon Təşkilatının konfrans zalında Binəqədi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “26 aprel - Çernobıl faciəsi”nin 32-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Binəqədidə Çernobıl faciəsinin 32-ci ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 26-da YAP Binəqədi rayon Təşkilatının konfrans zalında Binəqədi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “26 aprel - Çernobıl faciəsi”nin 32-ci ildönümü ilə bağlı tədbir keçirilib.

İcra hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Elman Dadaşov, müdir müavini Şəmsi Gülverdiyev, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdir müavini Rafiq İsayev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Çernobil Əlilləri Cəmiyyəti rayon şöbəsinin sədri və üzvləri, ictimai birliklərin sədrləri iştirak edib.

Tədbiri Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov tədbiri giriş sözü ilə açaraq tədbir haqqında iştirakçılara məlumat verib və faciənin tarixi haqqında çıxış edərək bu gün dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Natiq çıxışında bildirib ki, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayan və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərən dövlətimiz bu gün bütün dünyaya sülh mesajını verən dövlətlərdən biridir.

Daha sonra çıxış edənlər rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Çernobil Əlilləri Cəmiyyəti rayon şöbəsinin sədri Məhərrəm Əliyev, Çernobil əlili Xudadat Əliyev faciə haqqında danışaraq, dövlətimizin faciə qurbanlarına göstərdikləri diqqət və qayğıdan xüsusi bəhs ediblər. Natiqlər çıxışlarında faciə nəticəsində 7 minə yaxın insanın tələf olduğunu, 25000 çox insanın ömürlük şikəst olduğunu və on minlərlə insanın sonsuz qaldığını qeyd etdib.

Çıxışlar bitdikdən sonra RİH başçısının müavini V.İsmayılov Çernobıl əlillərinin sosial müdafiəsi üzrə respublikada görülmüş işlər barədə iştirakçılara geniş məlumat verərək tədbiri yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti