...

İlahiyyat İnstitutuna bina ayrıldı - "20 Yanvar" metrosu yaxınlığında

Cəmiyyət Materials 24 May 2018 10:34 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutuna bina ayrılıb.
İlahiyyat İnstitutuna bina ayrıldı - "20 Yanvar" metrosu yaxınlığında

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan İlahiyyat İnstitutuna "20 Yanvar" metro stansiyası yaxınlığında bina ayrılıb.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı qeyd edib ki, instituta gələcəkdə şəhərdən kənarda yer ayrılacaq və kampus tikiləcək:

"Bu il İlahiyyat İnstitutuna dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə qəbul elan edilib. Ümumilikdə 60 tələbə qəbul olunacaq. İlahiyyat İnstitutuna birləşdirilən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində hazırda oxuyan tələbələr də nəzərə alınsa, təxminən 100 tələbə olacaq. Bu tələbələr üçün isə hazırda ayrılan bina yetərlidir".

O əlavə edib ki, gələcəkdə institutda xristianlıq, yəhudilik və digər dinlərlə bağlı ixtisaslar da yaradılacaq.

Komitə sədri deyib ki, İlahiyyat İnstitutuna yaxın vaxtlarda rektor təyin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti