Bakı. Trend:
IPChain assosiasiyası (Əqli Mülkiyyəti Obyektləri və Hüquqları ilə Tranzaksiyaların Milli Koordinasiya Emal Mərkəzi) Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlığa başlayır.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu assosiasiyanın rəqəmsal texnologiyalarının direktoru Artyom Tovbin deyib.
Tovbin bildirib: "Avrasiya Hüquq Sahibləri Cəmiyyətlərinin Konfederasiyası ilə əməkdaşlıq çərçivəsində IPChain assosiasiyası müxtəlif ölkələrdə şəbəkə düyünləri açır. Biz gələcək haqqında xəyal etmirik, biz onu artıq qururuq: şəbəkə düyünləri Azərbaycan, Ermənistan, Qazaxıstan və Qırğızıstanda təşkil olunur".
Qeyd edək ki, bu kimi rəqəmsal şəbəkə əqli mülkiyyət obyektlərinin hərəkətinin nəinki ölkə ərazisində, həmçinin onun kənarlarında da izləməyə imkan verəcək.