...

Maliyyə naziri: Spirtli içki və tütünə aksizlərin alınması üçün rüsum tətbiq olunması daxili istehsalın müdafiəsinə yönəlib

Cəmiyyət Materials 22 İyun 2018 20:34
Azərbaycana idxal olunan spirtli içki və tütün məmulatlarına aksiz markalarının alınması üçün rüsumun tətbiq olunması daxili istehsalın müdafiəsinə yönəlib
Maliyyə naziri: Spirtli içki və tütünə aksizlərin alınması üçün rüsum tətbiq olunması daxili istehsalın müdafiəsinə yönəlib

Trend-i buradan izləyin

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycana idxal olunan spirtli içki və tütün məmulatlarına aksiz markalarının alınması üçün rüsumun tətbiq olunması daxili istehsalın müdafiəsinə yönəlib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda kifayət qədər tütün məmulatı və spirtli içki istehalçısı var:

“Bu gün dövlət sahibkarlara dəstək göstərir, subsidiyalar, güzəştlər tətbiq olunur. Biz yerli istehsalçıları müdafiə etməliyik. Təklif olunan dəyişikliklər məhz buna yönəlib. Bundan başqa, həmin addım dövlət büdcəsinə daxilolmaları artıracaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti