...

“Türk Ulduzları” aviasiya qrupu ölkəmizə gəlib (FOTO)

Cəmiyyət Materials 24 İyun 2018 17:26 (UTC +04:00)
Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri ölkəmizə gəlib.
“Türk Ulduzları” aviasiya qrupu ölkəmizə gəlib (FOTO)

Bakı. Trend:

Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri ölkəmizə gəlib. Bu barədə Trend Müdafiə nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, iyunun 26-da hərbi paraddan sonra saat 12.30-da “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti