...

Terrorçuluğa açıq çağırışlar etmiş xaricdə yaşayan şəxslər beynəlxalq axtarışa verildi

Cəmiyyət Materials 13 İyul 2018 13:27 (UTC +04:00)
Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb, 3 şəxs həbs edilib.
Terrorçuluğa açıq çağırışlar etmiş xaricdə yaşayan şəxslər beynəlxalq axtarışa verildi

Bakı. Samir Əli - Trend:

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb, 3 şəxs həbs edilib.

Trend-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.

Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı, daha 11 nəfər saxlanılıb:

1. Səfərov Yunis Rafiq oğlu – 1983, Gəncə şəhəri;
2. Zeynalov Firudin Etibar oğlu – 1982-ci il Tərtər rayonu;
3. Zalov Cəfər Mürsəl oğlu – 1977, Gəncə şəhəri;
4. Əzizov Mahir Əziz oğlu – 1986, Yevlax şəhəri;
5. Əliyev Muraz Mətləb oğlu – 1989, Gəncə şəhəri;
6. Abdullayev Hamlet Ramiz oğlu – 1978, Gəncə şəhəri;
7. Ələkbərov Fikrət Balaqardaş oğlu – 1979, Bakı şəhəri;
8. Həsənov Rauf Rövşən oğlu – 1983 Gəncə şəhəri;
9. Paşayev Ramil Famil oğlu – 1980, Gəncə şəhəri;
10. Salahov Ceyhun İsrail oğlu – 1972-ci il, Gəncə şəhəri;
11. Mustafayev Rasim Hafiz oğlu – 1980, Gəncə şəhəri;
12. Zahidov Elmir Savadxan oğlu – 1996-cı il, Neftçala rayonu.

Bundan başqa, ölkə ərazisində elektrik enerjisinin kəsilməsi və E.Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxs cəzalandırılıb:

1. Qurbanov Rabil Səlvər oğlu, 29.05.81, Bakı şəhər sakini, 30 gün müddətinə;
2. Ferazi Yaşar İbrahim oğlu, 17.06.1959, Xırdalan şəhər sakini, 30 gün müddətinə;
3. Əliyev Elxan Rüstəm oğlu, 05.10.1982, Tovuz rayon Aşağı Ayıblı kəndi, 30 gün müddətinə;
4. Mehdiyev Aqil Səlamət oğlu, 06.10.1985, Salyan rayon sakini, 30 gün müddətinə;
5. Rəhimov Əli Şahbala oğlu, 05.03.1992, Bakı şəhər sakini, 30 gün müddətinə;
6. Camalov Rəşad Şamil oğlu, 14.09.1990, Tərtər rayon sakini, 30 gün müddətinə;
7. Şıxəliyev Elsevən Akif oğlu, 05.07.1991, Lənkəran rayonu, Cəgiran kəndi sakini, 30 gün müddətinə;
8. Quliyev İlqar Humay oğlu, 27.06.1980, Sumqayıt şəhər sakini, 30 gün müddətinə;
9. Sadıqov Əfqan Hətəmxan oğlu, 06.12.1976, Cəlilabad şəhər sakini, 30 gün müddətinə;
10. Əliyev Rüfət Yaqub oğlu, 31.05.1986, Sumqayıt şəhər sakini, 30 gün müddətinə;
11. Şirinov İlknur Adil oğlu, 18.07.1991, Balakən şəhər sakini, 25 gün müddətinə;
12. Kərimov Sədi Hüseyn oğlu, 17.02.1983, Bərdə rayonu, Qəhrəmanlı kəndi, sakini, 20 gün müddətinə;
13. Hüseynli Babək Hümbət oğlu, 22.08.1992, Xırdalan şəhər sakini, 10 gün müddətinə;
14. Həşimov Afiq Mirzəxan oğlu, 10.02.1981, Neftçala şəhər sakini, 10 gün müddətinə;
15. Səfərsoy Rza Əli oğlu, 06.05.1976, Səlyan rayonu Yenikənd kənd sakini, barəsində cinayət işi qaldırılıb, axtarışdadır;
16. Qasımov Səbuhi Hafiz oğlu, 26.06.1996, Bakı şəhər sakini, barəsində cinayət işi qaldırılıb, axtarışdadır;
17. Balayev Mahir Adəm oğlu, 18.03.1981, Ağsu rayonu Hacıqədirli kənd sakini, həbsdədir;
18. Həsənov Bəhrəm Hüseyn oğlu, 17.09.1987, Ağdam rayonu Kəngərli kənd sakini, inzibati qaydada cərimə olunub;
19. Rəhimov Orxan Oruc oğlu, 07.03.1993, Bərdə rayonu, Otuzikilər kən sakini, inzibati qaydada cərimə olunub;
20. Bayramlı Səməd Elmin oğlu, 14.07.1998, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini, xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti