Bakı. Elçin Mehdiyev - Trend:
2018-ci ilin doqquz ayında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 9,5 faiz artaraq 39 milyard 690,3 milyon manata çatıb.
Trend-in məlumatına görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4046,7 manat təşkil edib və 8,5 faiz artıb.
Bu dövr ərzində gəlirlərin 83,4 faizi son istehlak xərclərinə, 8,1 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7,4 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 36 milyard 465,7 milyon manatlıq vəsait qalıb.