• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Komissiya sədrinin müavini: Müasir Azərbaycan ədəbi dilindən düzgün istifadə edilməməsi narahatlıq doğurur

11 Noyabr 2018 08:30 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Elçin Mehdiyev – Trend:

Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi narahatlıq doğurur. Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

O qeyd edib ki, ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər:

“Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir. Dil dünya sivilizasiyasının, ictimai həyatın əksi olan müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də belə alınma və beynəlmiləl termin axını dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır. Nazirlər Kabineti yanında Terminologiya Komissiyası dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran problemlərin həllində mühüm missiya daşıyır”.

S.Sadıqova bildirib ki, elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir: “Ona görə də terminologiyada baş verən dəyişikliklər diqqətlə izlənilir və terminologiyanın inkişafı həmişə düzgün istiqamətləndirilir. Digər tərəfdən, teleradiolarda və digər kütləvi informasiya vasitələrində verilən materiallar digər tələblərlə yanaşı, ədəbi dil normalarına da cavab verməlidir. Ancaq son zamanlar ölkəmizdə KİV-lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsinin sürətlənməsi nəticəsində ədəbi dil normalarının qorunmasını nəzarətdə saxlamaq çətinləşmişdir. Belə şəraitdə dilin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi mühüm vəzifələrdən hesab edilir”.

Komissiya sədrinin müavini vurğulayıb ki, Azərbaycan dilinin reklam işində istifadə edilməsində də ciddi qüsurlar müşahidə olunur, əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir, televiziya ekranlarında bəzən filmlər dublyaj edilmədən göstərilir, Azərbaycan dilinin tətbiq dairəsi süni olaraq məhdudlaşdırılır, səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. O bildirib ki, göstərilən qüsurları aradan qaldırmaq üçün qəbul edilmiş dil sənədlərində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və həmin proses hazırda davam etməkdədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Azərbaycan dili
  • Sayalı Sadıqova
Digər xəbərlər
İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır
Gündəm 23 Sentyabr 09:01
Bu gün ölkəmizdə Azərbaycan Dili Günü qeyd edilir
Gündəm 1 Avqust 07:00
DİM "Azərbaycan dili" fənni üzrə imtahan keçirəcək
Gündəm 24 May 12:10
“Azərbaycan dili” fənni üzrə ikinci imtahanın vaxtı məlum oldu
Cəmiyyət 14 May 09:21
Azərbaycanda 800-ə yaxın yeni ŞƏXS ADI lüğətə daxil ediləcək (ÖZƏL)
Cəmiyyət 12 Mart 07:45
Uşaqlarına Təkər, Arenda, Cahardəst, Lada adlarını qoymaq istəyənlər olub - AZƏRBAYCANDA
Cəmiyyət 18 Fevral 16:34
Xəbər lenti
ABŞ-da atışma olub, ölənlər var
Dünya xəbərləri 06:19
Kömür mədənində qaz sızması 4 nəfərin ölümünə səbəb olub
Dünya xəbərləri 05:26
Krit sahillərində 5,4 bal gücündə zəlzələ olub
Dünya xəbərləri 04:25
Sərnişin təyyarəsi təcili eniş edib
Dünya xəbərləri 03:23
Çempionlar Liqası: "Valensiya" və "Borussiya Dortmund" 1/8 finalda (NƏTİCƏLƏR)
İdman 02:29
Vaşinqtonda Tramp və Lavrov arasında görüş baş tutub
Dünya xəbərləri 01:52
Türkiyədə güclü zəlzələ baş verib
Dünya xəbərləri 01:01
Çempionlar Liqası: "Liverpul" və "Napoli" 1/8 finalda
İdman 00:14
Pompeo və Lavrov Suriyadakı vəziyyətin nizamlanmasını müzakirə ediblər
Dünya xəbərləri 10 Dekabr 23:45
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Heydər Əliyev – xalqın ehtiram ünvanı
Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri