...

Ukraynada Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə poçt markası hazırlanıb (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2018 12:29 (UTC +04:00)
Sayı 2000 ədəd olan poçt markaları artıq dövriyyəyə buraxılıb.
Ukraynada Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə poçt markası hazırlanıb (FOTO)

Bakı. Trend:

Ukraynada İkinci Dünya Müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlik tərəfindən hazırlanan 2 növ poçt markasında Mehdi Hüseynzadənin təsviri yer alıb. Sayı 2000 ədəd olan poçt markaları artıq dövriyyəyə buraxılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti