...

Müəllif plagiat iddialarına cavab verdi (FOTO)

Cəmiyyət Materials 4 Yanvar 2019 15:20 (UTC +04:00)
“Azərbaycan onomastikası” (İzahlı terminlər lüğəti) kitabının müəlliflərindən biri olan Aydın Paşayev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun "İzahlı dilçilik terminləri lüğəti”nin hazırlanması zamanı onun müəllifi olduğu həmin nəşrdən istifadə edilməsi barədə səslənən fikirlərə münasibət bildirib.
Müəllif plagiat iddialarına cavab verdi (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

“Azərbaycan onomastikası” (İzahlı terminlər lüğəti) kitabının müəlliflərindən biri olan Aydın Paşayev Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun "İzahlı dilçilik terminləri lüğəti”nin hazırlanması zamanı onun müəllifi olduğu həmin nəşrdən istifadə edilməsi barədə səslənən fikirlərə münasibət bildirib.

A.Paşayev Trend-ə deyib ki, izahlı “Dilçilik terminləri lüğəti” ilə bağlı yazılmış yazı ilə tanış olub:

"Yazı ilə bağlı iradımı bildirmək istəyirəm. Terminoloji lüğətlərin tərtibi prinsipi belədir ki, əvvəlki nəşrdən terminlər toplanıb yeni lüğətə daxil edilməlidir. Bu, lüğətçilikdə qəbul olunmuş ən əsas prinsipdir. "Azərbaycan onomastikası" izahlı terminoloji lüğətini tərtib edən zaman Musa Adilovla birlikdə mən də bizdən əvvəlki bütün terminləri toplayıb lüğətə daxil etmişik. Lüğətçilikdə bu plagiat hesab edilmir. Ona görə də mən iki lüğəti müqayisə edərək plagiatlıq axtaranların fikrini yanlış hesab edirəm. Tərtib olunan "İzahlı dilçilik terminləri lüğəti” mükəmməl bir lüğətdir və mənim tərtibçisi olduğum kitabdan plagiatlıq deyil, qaynaq kimi istifadə edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti